Qızardılmış kartofun qoxusundan ağız sulanan uşaqlar və böyüklər çoxdur, lakin dietoloqlar bildirir ki, düzgün hazırlanarsa, bu sevilən yemək sağlamlıq üçün zərərli deyil. Foodinfo.az “Sports.kz” saytına istinadla xəbər verir ki, əsas problem kartofu qızartmaq üçün istifadə olunan yağdadır.
Fast-fudlarda ucuz trans-yağlarla qızardılan kartof damarları zədələyir, xolesterini artırır və orqanizmin yaşlanmasını sürətləndirir. Daha faydalı variant isə kartofu qarışıq və ya əridilmiş kərə yağı ilə qızartmaqdır.
Kartof zəngin vitamin və minerallar mənbəyidir: C vitamini, B qrupu vitaminləri, kalium, maqnezium, sink və s. Kalium ürəyin normal işləməsinə, C vitamini isə immunitetin qorunmasına kömək edir. Qızartma zamanı kartofun bütün faydalı maddələri itmir. Onun tərkibindəki “yavaş” karbohidratlar isə aclıq hissini bir neçə saat gecikdirir və enerji verir.
Kartofu faydalı etmək üçün sobalı yağın miqdarını minimuma endirin və orta atəşdə qızardın. Limon, sarımsaq, paprika, rozmarin və ya zəncəfil kimi ədviyyatlar əlavə edərək faydasını artırmaq mümkündür. Təzə göyərti (şüyüd, cəfəri, keşniş) isə həzm prosesini də asanlaşdırır.
Beləliklə, düzgün üsulla qızardılmış kartof həm ləzzətli, həm də daha sağlam seçim ola bilər.






