"Excelsior Hotel & Spa Baku” otelinin “Belvedere” restoranı oruc tutan insanlar üçün xüsusi rejimdə işləyəcək.
Bunu Foodinfo.az-a otelin ərzaq və içkilər departamentinin meneceri Vüqar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 5 iş günü restoranda saat 12.00-dan 15.00-a qədər biznes nahar verilir: "Ramazan ayı ilə əlaqədar oruc tutan müştərilərimizi də nəzərə aldıq və iftar vaxtına biznes-naharı saldıq. Yəni iftar vaxtı qonaqlarımız gəlib oruclarını aça bilərlər. Qeyd edim ki, bir nəfər üçün qiymət 19 manatdır. Günorta verdiyimiz biznes-nahar həftənin 5 iş günü olacaq, amma ötən ildən fərqli olaraq, bu dəfə şənbə-bazar da daxil olmaqla, Ramazan ayı bitənə qədər hər gün bu restoranda açıq bufet iftar yeməyi təqdim olunacaq".
V.Məmmədovun sözlərinə görə, iftar süfrəsinə zəngin salat süfrəsi, şirniyyat, müxtəlif meyvə şirələri, çay, ana yeməklər, qazan yeməkləri və suplar daxildir. Onu da deyim ki, qonaqlarımız çox olduğu üçün əvvəlcədən yeri rezerv etmək lazımdır. Əks təqdirdə, oruc tutan bacı-qardaşlarımız yer olmadığına görə geri qayıtmaq məcburiyyətində qala bilərlər.
V.Məmmədov əlavə edib ki, daim öz müştərilərinin rahatlığını düşünən “Excelsior Hotel & Spa Baku” oteli qonaqlarına nəqliyyat xidməti göstərir. Oteldə keçirilən tədbirlərə, biznes nahara iştirakçıların və qonaqların rahat gəlib-getməsi üçün 17 nəfərlik mikroavtobus işləyir. “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel & Spa Baku” otelinin qarşısından qonaqları Park Bulvara və səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından “Excelsior Hotel & Spa Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir.