Əzələ yığmaq istəyənlər üçün yumurta əla protein mənbəyidir və doğru zamanda yeyilməsi nəticəni daha da effektiv edir.

Foodinfo.az xəbər verir ki, gecə aclığından sonra bədən proteinə ehtiyac duyur. Səhər yeməyində yumurta yemək əzələ toxumasını qorumağa və enerji səviyyəsini artırmağa kömək edir.

İdmandan sonra da bədən zədələnmiş əzələ liflərini bərpa etmək üçün proteinə ehtiyac duyur. Yumurtadakı bioloji dəyəri yüksək olan zülal bu iş üçün ideal seçimdir. Yumurtanı təkcə yemək yerinə, pendir, tərəvəz, tam taxıllı çörək və ya qatıqla birlikdə yemək daha effektlidir.

Əgər axşam yüngül yemək istəyirsinizsə və hələ də protein qəbul etmək niyyətindəsinizsə, yumurta bişirib yemək faydalıdır. Çünki yatarkən bədən yenilənmə prosesinə keçir.

Bəs, yumurta necə bişirilməlidir?

Qaynadılmış və ya buxarda bişmiş yumurta ən sağlam seçimdir. Qızardılmış yumurtadan çox istifadə etmək tövsiyə olunmur – yağ miqdarı artar. Əgər xolesterol və ya qaraciyər problemi yoxdursa, gündə 1–2 tam yumurta və əlavə olaraq bir neçə yumurta ağı qəbul etmək faydalıdır.

Həmçinin əzələ yığmaq istəyənlər üçün müntəzəm idman, keyfiyyətli yuxu və yaxşı balanslaşdırılmış proteinli qidalanma vacibdir.