Artıq çəkiyə və sağlamlığın pisləşməsinə səbəb olan iştahın artması fizioloji amillər və xəstəliklərdən qaynaqlana bilər. Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq Evgeniya Palçenko bildirib.

Mütəxəssis qeyd edib ki, iştahın artmasına şəkərli diabet və qalxanabənzər vəzi xəstəlikləri kimi xəstəliklər, həmçinin şirniyyat, bişmiş məmulatlar, meyvə şirələri, isti ədviyyatlar, fast food və spirt kimi aclığı artıran qidaların qəbulu səbəb ola bilər.