Qarabaşaq vitamin və faydalı mikroelementlərlə zəngin qidalardandır, bağırsaqların fəaliyyətini, öd əmələ gəlməsini yaxşılaşdırır, lakin mədə-bağırsaq xəstəlikləri olan insanlar axşam saatlarında ondan çox yeməməlidirlər.

Foodinfo.az xəbər verir ki, bu barədə pediatr Regina Nikolaeva xəbərdarlıq edib.

Onun sözlərinə görə, həzm problemi və ya kəskin xroniki xəstəlikləri olan insanlar bu məhsuldan istifadə edərkən daha diqqətli olmalıdırlar, çünki axşam saatlarında çox yeyildikdə spazm və köpün yaranmasına səbəb ola bilər, bu isə yuxuya mənfi təsir edəcək.

Buna baxmayaraq, qarabaşaq yarması ilə bağlı heç bir ciddi əks göstəriş yoxdur.