Qastroenteroloq Svetlana İlyaşenko RİA Novosti-yə ağ və qırmızı balıqların faydaları barədə danışıb.

Foodinfo.az bildirir ki, onun sözlərinə görə, qırmızı balıqda daha çox vitamin və mikroelement var, az yağlı ağ balıq isə daha az kalorilidir, allergiyaya səbəb olmur və hətta kiçik uşaqlar üçün də tövsiyə olunur. Bu səbəbdən həkim valideynlərə balıq əlavəli qidalar verməyi tövsiyə edib.