Qış aylarında vitamin çatışmazlığının qarşısını almaq üçün qırmızı, sarı və ya yaşıl bibərdən hansının daha faydalı olduğunu bilmək vacibdir. Foodinfo.az Rbc.ua saytına istinadla xəbər verir ki, dietoloq və nutrisioloq Cincer Xaltin bildirib ki, bibərin rəngi onun yetişmə dərəcəsini göstərir: yaşıl bibər ən az yetişmiş, qırmızı isə tam yetişmiş bibərdir.

Qırmızı bibər antioksidantlar, C və A vitamini baxımından ən zəngin sayılır və immuniteti gücləndirmək üçün xüsusilə tövsiyə olunur. Sarı bibər lutein və zeaksantin ilə zəngindir, göz sağlamlığını dəstəkləyir, yaşıl bibər isə kalori baxımından daha azdır.

Bibəri hazırlayarkən bu tövsiyələrə əməl etmək faydalıdır: buxarda bişirmək və ya yüngül yağda qızartmaq vitaminlərin itirilməsinin qarşısını alır. Qırmızı bibəri xüsusilə zeytun yağında qızartmaq A vitamininin daha yaxşı mənimsənilməsinə kömək edir. Bibəri salatlara, omletlərə, şorbaya əlavə etmək və ya sadəcə xam yemək mümkündür.