Payızda havanın sürətli dəyişməsi meteohəssas insanlarda narahatlıq yarada bilər. Neqativ nəticələrdən qurtulmaq üçün bəzi qidaları gündəlik rasionunuzdan çıxarmaq lazımdır. Foodinfo.az xəbər verir ki, bunu diyetoloq Yelena Solomatina bildirib.

Həkim bildirib ki, əgər insan atmosfer təzyiqində dəyişiklikləri kəskin hiss etməyə başlayırsa, o zaman ürək-damar sisteminə faydalı təsir göstərəcək pəhrizə riayət etməyə başlamalıdır. Onun sözlərinə görə, trans yağlar (duzlu, hisə verilmiş, marqarin), ağ undan hazırlanmış məhsullar və şəkər əlavə edilmiş məhsullar meteohəssas insanlar üçün əks göstərişdir. Zərərli maddələr sırasına duz da daxildir.

Belə ki, duzu istisna etmək lazımdır, çünki o, bədəndə maye saxlayır, bu da təzyiqin artmasına səbəb olur. Havada oksigenin miqdarı aşağı olduqda (atmosfer təzyiqinin dəyişməsi ilə əlaqədar) bəzi insanlar natrium olan məhsullar səbəbindən daha pis hiss edə bilərlər.

Leyla