Bal şəkərin faydalı əvəzedicisi sayıla bilməz. Foodinfo.az xəbər verir ki, qastroenteroloq və terapevt İrina Qubanova bildirib ki, təbii məhsulda çoxlu miqdarda karbohidratlar və kalorilər var.
Həkimin sözlərinə görə, bal yüksək glisemik indeksə malikdir. Həddindən artıq istehlak qan qlükoza səviyyəsinin kəskin artmasına səbəb ola bilər. Təbii şirniyyatlar yedikdən sonra aclıq hissi yalnız güclənir və insan həddindən artıq yeməyə başlayır.