Hind toyuğu əti aldı, amma toyuq əti çıxdı. Cəlilabad rayon sakini İlkin Nurullayev ötən gün Biləsuvar rayonunda yol kənarlarında satılan 2 ədəd hindtoyuğu alıb. Hava qaranlıq olduğu üçün isə ona diqqətlə baxa bilməyib. Onun sözlərinə görə satıcı təkidlə ətin hind toyuğu olduğunu bildirib. Quşun formasının böyük olduğu üçün İlkin alıcının sözlərinə inanıb və birinə 30 manat olmaqla ümumilikdə 60 manat pul ödəyib.
Lakin evə gəldikdə o, ətin son dərəcə möhkəm olmasından şübhələnib və diqqət yetirdikdə məlum olub ki, ona hindtoyuğu əti adı altında əslində broyler toyuğu satıblar. İlkin deyir ki, hind toyuğu bir çox xüsusiyyəti ilə toyuqdan fəqlənir. Ayaq nahiyyəsi nisbətən uzun və daxili oraqanları da toyuğa nisbətdə xeyli böyük olur.
Sözügedən məslə ilə bağlı Biləsuvar rayonunda ətin satıldığı yerdə olduq. Satıcı ilk əvvəl törətdiyi əməli inkar etdi. Daha sonra çəkiliş qurupumuzu görüb piştaxtanın ətarafından uzaqlaşdı.
Bir neçə dəqiqə sonra satıcının yaxınları gələrək müştərinin aldadıldığını etiraf ediblər. İlkin Nurullayevin pulunu isə qaytarıblar.
https://www.youtube.com/watch?v=7iaUAtSZX2M