Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 14,866 min ton kartof istehsal olunub.

Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə dənli və dənli paxlalıların sayı illik müqayisədə 7,7 % azdır. 

İşğaldan azad edilmiş ərazilərdəki kartof isteehsalının 96 %-i və ya 14,274 min tonu Qarabağ iqtisadi rayonunda, 4 %-i və ya 592 tonu isə Şərqi Zəngəzur iqtisadi rayonda istehsal edilib. 2022-ci ildə Qarabağ iqtisadi rayonunda kartof istehsalı 8 %azalıb, Şərqi Zəngəzur iqtisadi rayonunda kartof istehsalı isə 1,5% artıb.