Son illərdə məşhurlaşan kətan toxumu ümumiyyətlə, üyüdülərək, qovurularaq istehlak edilir. Bəzi hallarda yağ və cücərdilərək də istifadə edilə bilər.
Foodinfo.az xəbər verir ki, kətan toxumu lif və omeqa 3 yağları ilə çox zəngindir. Buna görə də arıqlamaq və həzm məqsədləri üçün geniş istifadə olunur. Kətan toxumunun istifadə sahəsi formasından asılı olaraq dəyişir.
Bəs kətan toxumu üyüdülmədən yeyilə bilərmi?
Bu toxumları üyüdərək istehlak etmək daha məqsədəuyğundur. Bununla belə, üyüdülmədən bütünlüklə istifadə etmək də mümkündür. Kətan toxumu üyüdülmədən istehlak edildikdə asan həzm olunmur və bütövlükdə bağırsaqlardan xaric olur. Bu da həzm problemlərinə səbəb ola bilər. Həmçinin üzərindəki sərt qabığa görə üyüdülmədən istehlak edildikdə faydaları azala bilər. Üyütmədən istifadə etdikdə əvvəlcə isti suda islatmanız daha yaxşı olar. Suda saxlanılan toxumlar yumşalacaq və daha asan həzm olunacaq.
Kətan toxumu çiy yeyilə bilərmi?
Üyüdülməyib xam istehlak edilən kətan toxumunun tərkibində toksinlər ola bilər. Bu, qəbizlik, ürək bulanması və həzm sisteminin pozulmasına səbəb ola bilər. Ancaq qovurduqdan sonra istehlak edilərsə, yan təsirlərin olma ehtimalı azalır.
Bununla belə, kətan toxumu bol su ilə istehlak edilməlidir. Su istehlakı həm boğazdan, həm də bağırsaqdan asanlıqla keçməsi üçün vacibdir. Çiy və üyüdülməmiş kətan toxumu boğazda yapışma və yanma hissi yarada bilər.