Rusiya Dövlət Təhsil Universitetinin İqtisadiyyat fakültəsinin Peşəkar və texnoloji təhsil kafedrasının dosenti Yelena Erşova bildirir ki, köhnə mürəbbə yemək sağlamlığa ciddi ziyan vura bilər.
Foodinfo.az Life.ru-ya istinadla xəbər verir ki, texnoloq bunu kiflənmə ilə izah edir.
O, bildirir ki, əgər köhnə mürəbbənin rəngi və ya dadı dəyişibsə, ondan da istifadə etmək olmaz, çünki orada bakteriya və ya digər göbələklər kimi patogen orqanizmlər çoxalır və bu, ağır qida zəhərlənməsinə səbəb ola bilər.
Buna səbəb isə meyvənin tərkibində olan hidrosiyanik turşunun zamanla üzə çıxmasıdır. Ekspert əlavə edib ki, belə mürəbbə 6-8 aydan çox olmayaraq saxlanıla bilər.
Leyla