Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun qida vasitəsi ilə yayılıb-yayılmayacağı barədə məlumat yayıb.
Foodinfo.az xəbər verir ki, ÜST bu barədə rəsmi “Twitter” hesabında məlumat verib.
Məlumata görə, bugünə qədər qidadan koronavirusun yayılması barədə heç bir sübut əldə edilməyib:
"Hələ heç kimin qida paketlərinə toxunaraq koronavirusa yoluxduğu barədə heç bir dəlil yoxdur. Ancaq qida təhlükəsizliyinə diqqət yetirmək həmişə çox vacib bir məsələdir".
Yeməkləri yaxşı bişirin
Xüsusilə ət, toyuq, yumurta və dəniz məhsulları yaxşı bişirilməlidir. Şorba və bu kimi yeməklər isə 70 dərəcə temperaturda qaynadılmalıdır. Eyni zamanda əvvəlcədən bişirilmiş yeməklərin də yenidən qızdırılması zamanı temperatura diqqət edilməsi vacibdir. Yeməkləri tam bişirmək demək olar ki, bütün təhlükəli mikroorqanizmləri öldürür. At əti və yerli mal əti kimi qidalara xüsusi diqqət yetirmək lazımdır.
Yeməyi doğru istilikdə saxlayın
Bişmiş yeməyi otaq temperaturunda 2 saatdan çox saxlamayın. Yeməklər uzun müddət soyuducuda saxlanılmalıdır. Mikroorqanizmlər otaq temperaturunda saxlanılan qidalarda sürətlə çoxalır. Temperaturun 5 dərəcədən aşağı və ya 60 dərəcədən yuxarı qalxması mikroorqanizmlərin çoxalmasına mane olur. Ancaq bəzi təhlükəli mikroorqanizmlər 5 dərəcədən aşağı temperaturda da böyüyə bilir. Çiy qidalar zərərli kimyəvi maddələr və mikroorqanizmlər ehtiva edir. Buna görə də bu qidaların yuyulması və ya soyulması kimi sadə tədbirlər riski azalda bilər.
Təmiz saxlayın
Bişirmə müddətindən əvvəl əllərin yuyulması və yeməyi bişirəcəyiniz yerin təmiz olması olduqca vacibdir. Bir çox mikroorqanizm xəstəlik törətmir, ancaq torpaqda, insanlarda, heyvanlarda və suda olan bəzi mikroorqanizmlər təhlükəli ola bilər. Bu mikroorqanizmlər qidaya əl, bez və ya kəsmə taxtası ilə ötürülə bilər.
Mətbəx əşyalarını ayırın
Çiy ət və dəniz məhsullarında istifadə edilən mətbəx əşyaları, digər yeməklərin bişirilməsində istifadə edilməməlidir. Çiy qidalar bişmiş qidalardan ayrı saxlanılmalıdır. Bunun üçün ayrı-ayrı qablardan istifadə edilə bilər.