“Kulinariya haqqında” qanun layihəsi hazırlanıb və yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Layihə MM-in Mədəniyyət komitəsinin yaz sessiyasında qanunvericilik işləri planına daxil edilib.
Komitə sədri Rafael Hüseynov bildirib ki, qanun layihəsində Azərbaycanın milli kulinariyasına daxil olan nümunələrin qorunması, onlara status verilməsi və s. məsələlər yer alıb. O, son zamanlar Azərbaycan kulinariyasına daxil olan nümunələrin işğalçı qonşu tərəfindən oğurlanmasını da xatırladaraq belə bir qanun layihəsinin zəruri olduğunu deyib. (APA)