MADO-nun daim qonaqları tez-tez təklif etdiyimiz yeniliklər ilə artıq tanışdırlar.

Təqdim edilən xüsusi Özəl təkliflər menyusu qısa zamanda böyük rəğbət qazanmağı bacarmışdır. Xüsusi menyu hər zaman restoran və kafe ziyarətçilərinin marağına səbəb olur çünki burada təklif olunan yemək, desert və içkilər qonaqların istəklərini nəzərə alaraq hazırlanıb, bu isə kafeyə gəlmək üçün daha bir xoş səbəbdir.

Yeni Özəl təkliflər menyusu MADO şəbəkəsində aprel və may ayları müddətində təklif olunacaq. Desert və fırın məhsularımızdan çiyələkli və qaymaqlı kremli kruasan, meyvəli profitrol, çiyələkli maqnoliya, tərəvəz ilə kartoflu bulka, yeməklərdən - toyuq popkorn, özəl dürüm, içkilərdən – milli çay, freddo ice coffee, my latte, bunların hər birini dadmaq imkanınız vardır. Ləzzətlə görüşün!