Yay mövsümünün sevilən meyvələrindən olan moruq təkcə dadı ilə deyil, faydaları ilə də seçilir. Foodinfo.az bildirir ki, bu barədə diyetoloq Nina Belova Sputnik Radiosuna açıqlama verib. Mütəxəssisin sözlərinə görə, moruq immuniteti gücləndirən, orqanizmi təmizləyən və enerji verən nadir meyvələrdəndir.

Belova vurğulayıb ki, moruq C vitamini, lif və antioksidantlarla zəngindir. Onun sözlərinə görə, gündə bir ovuc moruq ürək və damar sağlamlığını dəstəkləyir. Bu meyvə həm də dəri üçün təbii gəncləşdirici təsirə malikdir.

Ekspert qeyd edib ki, moruq tərkibindəki polifenollar sayəsində orqanizmdə iltihabi prosesləri azaldır. Həkim tövsiyə edib ki, moruğu həm təzə, həm də smuzi və salatlarda istifadə etmək mümkündür. Foodinfo.az oxucularına yay günlərində moruğa daha çox yer ayırmağı məsləhət görür.