Gündəlik qidalanma vərdişləri yuxu keyfiyyətinə birbaşa təsir göstərir. Foodinfo.az bildirir ki, bu barədə qidalanma üzrə ekspert İqor Lisenko aif.ru-ya danışıb. Mütəxəssisin sözlərinə görə, axşam saatlarında qəhvə, şokolad və qazlı içkilər yuxu rejimini poza bilər.

Lisenko bildirib ki, bu içkilər sinir sistemini oyaq saxlayaraq yuxusuzluğa və gecə tez-tez oyanmalara səbəb ola bilər. Həkim əlavə edib ki, axşam menyusuna sakitləşdirici təsirə malik bitki çayları və yoqurt kimi məhsullar daxil etmək daha məqsədəuyğundur.

O, həmçinin qeyd edib ki, ağır və yağlı qidalar mədədə gec həzm olunduğundan, bu da narahat yuxuya səbəb ola bilər. Foodinfo.az oxucularına axşam saatlarında yüngül və tərkibi sağlam qidalarla qidalanmağı məsləhət görür.