Tünd çayın zərərləriünd çay normadan artıq içildikdə bir sıra mənfi təsirlər göstərə bilər. Tərkibindəki tanin maddəsi dəmirin bağırsaqlarda sorulmasını azaldaraq qan azlığına səbəb olur. Mədə turşusunu artıraraq qastrit, reflü və yanma hissi yaradır. 

Foodinfo.az xəbər verir ki, tünd çayda kofein tərkibi yüksək olduğu üçün yuxusuzluq, əsəbilik, ürək döyüntüsü və titrəmə kimi hallar baş verə bilər. Taninlərin çoxluğu bəzi insanlarda qəbizlik yarada bilər. 

Həmçinin, uzun müddət çox tünd çay içmək kalsiumun sorulmasına mane ola bilər ki, bu da sümüklərin zəifləməsinə səbəb olur. 

Xüsusilə hamilələr, süd verən analar, anemiyalı və mədə problemi olan şəxslər tünd çaydan ehtiyatla istifadə etməlidirlər. 

Daha faydalı olması üçün çayı açıq dəmləmək və gündə 2–3 stəkandan artıq içməmək tövsiyə olunur.