Qış aylarında C vitamini anbarı kimi tanınan naringi immuniteti gücləndirmək üçün əvəzolunmazdır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu meyvəni həddindən artıq və ya yanlış şəkildə istehlak etmək gözlənilməz fəsadlara yol aça bilər.
Naringi mədə və həzm problemlərinə yol aça bilər. Yüksək dərəcədə turşulu (asidli) meyvə olduğuna görə, xüsusilə qastrit, xora (yara) və ya reflüks kimi mədə problemi olan şəxslər naringini ac qarnına yedikdə mədə yanması və turşuluğun artması ilə üzləşə bilərlər.
Bu problemi olanlar naringini yeməkdən dərhal sonra deyil, bir müddət keçmiş istehlak etməlidirlər.
Naringi digər sitrus meyvələrinə (məsələn, limona) nisbətən daha çox şəkər ehtiva edir.
Diabet (şəkərli diabet) xəstələri üçün naringinin həddindən artıq istehlakı qan şəkərinin qəfil yüksəlməsinə səbəb ola bilər. Gün ərzində 2-3 ədəddən artıq naringi yemək tövsiyə edilmir.
Meyvənin tərkibindəki turşular diş emalını aşındıra bilər. Naringi yedikdən dərhal sonra dişləri fırçalamamaq, ağzı su ilə yaxalamaq lazımdır. Əks halda dişlərdə həssaslıq və çürümə sürətlənə bilər.
Bəzi sitrus meyvələri (xüsusən qreypfrut kimi, naringinin bəzi növləri də) qaraciyərdə dərmanların parçalanmasına mane ola bilər.
Əgər xroniki xəstəliklər üçün daimi dərman qəbul edirsinizsə, naringi istehlakı dərmanın bədəndəki təsirini dəyişdirərək toksik effekt yarada bilər.
Naringini təmizləyərkən üzərindəki o ağ lifli hissələri (pektin) soymayın. Bu liflər xolesterolu aşağı salmağa kömək edir və həzm sisteminin işini tənzimləyir. Meyvənin əsl lif qaynağı məhz həmin ağ hissələrdir (milli.az)






