Balakən rayonu xurma istehsalına görə respublikada qabaqcıl yerlərdən birini tutur. Ötən il rayonda 17 min 40 ton xurma istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 1241 ton artıb. Hər hektar xurma bağından orta hesabla 207,4 sentner məhsul götürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Son statistik göstəricilərə görə, respublika üzrə mövcud xurma bağlarının 6,1 faizi, istehsal olunan xurmanın isə 8,3 faizi Balakən rayonunun payına düşür. Hazırda rayonda xurma bağlarının ümumi sahəsi 845,9 hektardır. Ötən il 8,1 hektarda yeni xurma bağları salınıb.






