Seçimlərinizdə etdiyiniz bəzi dəyişikliklər beyin sağlamlığınıza müsbət təsir göstərə bilər.
Neyroloqların fikrincə, bəzi qidalar yaddaş və konsentrasiya problemi olan insanlara kömək edir.
Foodinfo.az beyin funksiyasını dəstəkləməyə kömək edən qidaları təqdim edir.
QARAGİLƏ:
Vitamin, lif və antioksidantlarla dolu olan bu meyvə beyin funksiyalarına müsbət təsir edir.
Müntəzəm olaraq qaragilə istehlak edən insanların yeni məlumatlar əldə etmək üçün daha az vaxta ehtiyacı var.
QOZ- FINDIQ:
Qoz-fındığın tərkibində sağlam yağlar var, ümumi protein, antioksidant və vitamin mənbəyidir. Eyni zamanda, qoz beyin fəaliyyətində mühüm rol oynadığı bilinən omeqa-3 yağ turşuları ilə zəngin bir çərəzdir.
Tədqiqatlar göstərir ki, koqnitiv performansı yaxşılaşdırmaq üçün gündə təxminən 10,5 qram qoz istehlak etmək kifayətdir. Digər tərəfdən qoz xüsusilə gənc yaşlarda diqqət əskikliyindən və sonrakı yaşlarda müşahidə oluna bilən idrak zəifliyindən qorunmağa da kömək edir.
LUTEİNLİ TƏRƏVƏZLƏR:
Yaponiyanın Tohoku Universitetindən Rui Nouçi ispanaq və kələm kimi tünd yaşıl yarpaqlı tərəvəzlərdə olan lutein adlı birləşmənin beyin funksiyalarına və yaddaşa təsir etdiyini bildirib. Digər tərəfdən, lutein reyhan, cəfəri, kələm, brokoli, ispanaq, kahı, balqabaq, Brüssel kələmi, qarğıdalı, noxud, qırmızı üzüm və kivi kimi qidalarda da olur.
YAĞLI BALIQ:
Mütəxəssislər bildirirlər ki, qoz kimi yağlı balıqlar da ümumiyyətlə beyin funksiyalarını dəstəklədiyi bilinən omeqa-3 yağ turşuları ilə zəngindir.
Yağ tərkibi yüksək olan qızılbalıq, alabalıq, sardina, siyənək, skumbriya və tuna kimi balıqlar omeqa-3 ilə zəngin qidalar arasındadır.