Toxumlar sağlamlığımız üçün güclü xüsusiyyətlərə malik olan mənbələrdən biridir. Onlar müxtəlif vitaminlər, minerallar və antioksidantlarla zəngindir.
Xaşxaş da B qrupu vitaminləri, E vitamini, kalsium, dəmir, sink və maqnezium da daxil olmaqla güclü xüsusiyyətlərə malik olan toxumdur. Bu toxumdan yeməklərin, şorbaların, salatların, tortların və bulkaların hazırlanmasında istifadə edə bilərsiniz.
Foodinfo.az xaşxaş toxumunun faydalarını təqdim edir:
Xaşxaş toxumu sağlamlığımız üçün ən güclü faydalar təqdim edən toxumlardan biridir. Xaşxaş toxumunun ən məşhur faydası onun lifli quruluşudur. Lif baxımından zəngin olan bu toxum həzm sistemini tənzimləyir, bağırsaq sağlamlığını qoruyur və qəbizlik kimi problemləri minimuma endirir.
Bu, sakitləşdirici təsir göstərən və yuxusuzluğa qarşı mübarizə aparan toxumlardandır.
Xaşxaş toxumları da ürək sağlamlığını qoruyan güclü xüsusiyyətlərə malikdir. Xolesterolu tarazlaşdırdığı üçün infarkt riskini minimuma endirir.
Soyuq qış fəslinin özünü göstərdiyi bu günlərdə xaşxaş toxumunun istehlakı immunitet sisteminizin güclənməsinə güclü təsir göstərəcək. Bu toxum bədəninizin xəstəliklərə qarşı müqavimətini artırır.
Qan axınının sürətləndirilməsində də aktiv rol oynayan xaşxaş tərkibindəki bol dəmirlə qırmızı qan hüceyrələrinin meydana gəlməsini dəstəkləyir.
Tərkibində beyin üçün faydalı olan minerallar və yağ turşuları var. Xüsusilə sinklə zəngin olan xaşxaş toxumu beynin daha yaxşı işləməsini dəstəkləyərək beyin sağlamlığını qoruyur.