Ədviyyatlar yeməklərə dad verməklə tanınır və eyni zamanda bədənimiz üçün çox sağlam mənbələr hesab olunur.
Asiya və Amerikanın tropik ölkələrində bitən bu ədviyyat həm ətirli, həm də dadlıdır. Girdiyi hər yeməyə ləzzət qatmaqla tanınan bu kiçik şəfa çəni, əslində sağlamlığımız üçün bir çox faydalar təqdim edən mənbələr arasındadır.
Foodinfo.az-ın məlumatına görə, bu ədviyyatın tərkibində bol vitamin və mineral olduğu üçün bir insanı çox xəstəliklərdən qoruyur, eyni zamanda müxtəlif problemləri həll edir. Yeməklərdə, salatlarda və ya desertlərdə istifadə edə biləcəyiniz bu müalicəvi ədviyyatın adı muskat qozudur.
Muskat qozu beyin sağlamlığını yaxşılaşdıran ən müalicəvi ədviyyatlardan biridir. Bundan əlavə, tərkibindəki bəzi birləşmələr beyindəki sinirləri stimullaşdıraraq yaddaşı gücləndirir.
Hind qozu həm də təbii ağrı kəsici kimi çıxış edir. Beləliklə də müxtəlif xəstəliklər və yaralanmalarda istifadə olunur.
Muskatın ən məşhur faydası, şübhəsiz ki, həzm sisteminin sağlamlığını dəstəkləməsidir. Kiçik olmasına baxmayaraq, çox miqdarda lif ehtiva edir. Bu səbəbdən qəbizlik və həzmsizlik kimi müxtəlif mədə-bağırsaq problemlərinin qarşısını alır.
Hind qozu antibakterial xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətinə görə ağız qoxusunun qarşısını alır. Ağızda yığılan bakteriyaların təmizlənməsində mühüm rol oynayan muskat, diş və diş əti xəstəliklərini də müalicə edir.
Qan azlığına da xeyirli olan bu möcüzəvi ədviyyatdan salatlarda, yeməklərdə, desertlərdə və hətta içkilərdə istifadə edə bilərsiniz.