Oğuz rayonunun Tərkeş kəndində heyvanların tələf olması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinə (AXA) müraciət daxil olub.
Bu barədə Foodinfo.az-a Nazirlikdən bildirilib.
Məlumata görə, Agentliyin nümayəndələri operativ reaksiya verərək hadisə baş verən təsərrüfatda olub, baytar mütəxəssisləri təsərrüfata baxış keçiriblər.
Ölmüş heyvanların daxili orqanlarından və möhtəviyyatından, ərazidəki ot bitkilərindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına göndərilib. Heyvanlara ilkin baytarlıq yardımından sonra zəhərlənmənin qarşısı alınıb. Təsərrüfat sahiblərinə heyvanların saxlanılması və bəslənilməsinə dair tövsiyələr verilib.
Hazırda zəhərlənmiş heyvanların müalicəsi davam etdirilir. Təsərrüfatda vəziyyəti nəzarətdə saxlamaq üçün yerli baytar mütəxəssislər müvafiq tapşırıqlar alıblar.
Son xəbərlər
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər
- Orta yağlılığı neçə faiz olan məhsullar seçmək lazımdır?
- Bunu gündə 1 dəqiqə etməklə arıqlayın
- Təzə balığı belə tanımaq olar
- Bu ölkədə alkoqoldan ölümlər fəlakətli həddə çatdı
- Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir - Görün hansı imiş