Nə qədər sağlam qidalanırsınızsa-qidalanın, bəzən xüsusi olaraq şokolad arzu edə bilərsiniz. Foodinfo.az xəbər verir ki, bu arzu insanı hətta böhrana belə sürükləyə bilər. Bəs niyə orqanizmimiz təkidlə şokolad yeməyi arzu edir? ABŞ-lı dietoloq və qida mütəxəssisi Loren Karni bu suala belə cavab verir: "Naharlar arasında fasilə çox olduqda qan şəkəri düşür və orqanizm enerjiyə ehtiyac duyur. Lakin bu vəziyyətdə şokolad yemək doğru seçim deyil. Sürətli şəkildə yüksələn enerji eyni sürətlə aşağı düşür və daha çox şokolad tələb olunur. Ən yaxşısı, naharlar arasında boşluq buraxmamaq, qan şəkərini balansda saxlayan yüksək lifə sahib qidalar yeməkdir". Maqnezium çatışmazlığı Şokolad maqneziumla zəngindir. Kiçik parçada 41 milliqram maqnezium var. Qadınların gün ərzində, orta hesabla, 320 qram maqnezium qəbul etməsi vacibdir. Bu durumda, təbii şokolada üstünlük vermək lazımdır. Çünki kakao çox bişdikdə maqnezium səviyyəsi aşağı düşür. Əzələ ağrısı, yuxusuzluq və qayğıların çoxluğu sizi yorursa, mütəxəssisə müraciət edib maqnezium səviyyənizi yoxlamalısınız. Kəskin stress Ağır iş gününün stressindən bol qəhvə sizi xilas edə bilmirsə, şokolada müraciət edə bilərsiniz. Stressli və qayğılı olduğumuzda bizə yaxşı təsir göstərən qidaları əlimizin altında saxlaya bilirik. Karni bu durumda şokolada üstünlük verməyimizi belə izah edir: "Karbohidrat dilimizə toxunanda dofamin hormonu istehsal olunur və beynimizin mükafat və zövqdən təsirlənən bölməsi oyanır. O an şokoladla hər şeyi unuduruq. Lakin bu qısa müddət çəkir. Sonra yenidən xoşbəxtlik axtarışına çıxırıq. Vərdiş Hər gün şokolad və şokoladlı qida qəbul edirsiniz? Belədirsə, bu, sizdə vərdişə çevrilib. Ehtiyacınız olduğu üçün yox, vərdiş etdiyiniz üçün şokolad yeyirsiniz. Məlum dövr Araşdırmalara görə, qadınların 50%-i mensturasiya dövrü yaxınlaşanda şokolad böhranı yaşayır. Bunun səbəbini açıqlayan heç bir bioloji reallıq olmasa da, ehtimal ki, bu dövrdə aşağı düşən enerji səviyyəsini qaldırmaq və bir az da xoşbəxtlik üçün şokolada müraciət olunur. Şokoladın faydaları Tərkibindəki kakao antioksidantla zəngindir. Araşdırmalar göstərir ki, şokolad xolesterolu aşağı salır və hafizəni təkmilləşdirir. Lakin paket şəklində alınan şokoladlarda çox da fayda axtarmaq düzgün deyil. Çünki onların tərkibində şəkərin miqdarı çoxdur. Şokoladdan faydalanmaq üçün ən az 70% kakao tərkibli məhsula üstünlük vermək lazımdır. (publika.az)