Mağazadan alınan qablaşdırılmış şirələri təbii adlandırmaq olar, çünki onların əksəriyyəti istehsalda qatılaşdırılmış xammalın su ilə qarışımından əldə olunan məhsuludur.

Foodinfo.az xəbər verir ki, bu barədə kimyaçı Natalya Yurova danışıb.

Onun sözlərinə görə, konsentrat olan xammal meyvənin bitdiyi yerin yaxınlığında suyun buxarlanması ilə hazırlanır, daha sonra isə istehsal zamanı konsentrata yeniden su qatılır, dadlandırıcılar, antioksidantlar əlavə olunur, məhsul sterilizasiyadan keçir və s. 

Yurova əlavə edib ki, şirənin tərkibindəki şəkər birbaşa konsentratın hazırlandığı meyvələrdən götürülür.

"Konsentratı hazırlayarkən bəzi faydalı maddələr, xüsusən də C vitamini qalmır. Amma sübut olunub ki, məsələn, portağal şirəsinin pasterizasiyası beta-kriptoksantinin sovrulmasını təzə portağal yeməklə müqayisədə təxminən ikiqst artırır", - deyə ekspert qeyd edib.

Yurovanın sözlərinə görə, istehsalçı adətən "pis kimyəvi maddələr" əlavə etmir, çünki bu, onun nüfuzunu sarsıda bilər və məhsulun qiymətinin artmasına səbəb ola bilər. 

"Tərkibində ekzotik komponentlər olan şirənin əsasını alma konsentratı və ya püresi təşkil edir, çünki bir tərəfdən daha ucuz başa gəlir, digər tərəfdən isə məhsula lazımi təbii şəkəri əlavə edərək dadı sabitləşdirir və ya ona turş tam qatır. Alma konsentratında zərərli və ya "kimyəvi" heç bir şey yoxdur", - deyə ekspert vurğulayıb.