Qastroenteroq Lyudmila Suxorukova, kartof, dənli bitkilər, makaron və xəmir ilə eyni vaxtda yeyilən zülalların qastrit yaratdığını idda edib. Foodinfo.az Rusiya mətbuatına istinadla bildirir ki, o, qastrit yarada bilən qidalardan danışıb

Bildirib ki, əgər zülallı qidalar (ət, balıq) və karbohidratlı qidalar (kartof, makaron) eyni vaxtda mədəyə daxil olarsa, həzm durmağa başlayır. Onun sözlərinə görə, nəticədə orqanizm kifayət qədər zülal və ya karbohidrat qəbul etmir.

"Bu vəziyyətdə mədəaltı vəzi yüzlərlə dəfə daha intensiv işləməyə məcbur olur ki, bu da illər ərzində köhnəlməyə və nəticədə pankreatitə səbəb olur" Suxorukova deyib.

Mütəxəssis qeyd etdiyi kimi, yağlı qidalar soyuq içkilərlə birlikdə mədədə artan stress yarada bilər.

Nurlan