Qatıq yalnız dadlı deyil, həm də sağlamlıq üçün faydalı bir məhsuldur. Qatıq müxtəlif vitamin və mineralların zəngin mənbəyidir.
Foodinfo.az xəbər verir ki, qatığın tərkibində əsasən B2 və B12 vitaminləri, A vitamini və D vitamini mövcuddur. Bu vitaminlər enerji istehsalını dəstəkləyir, sinir sistemi və göz sağlamlığını qoruyur.
Minerallar baxımından isə qatıq kalsium, fosfor, maqnezium, kalium və sink ilə zəngindir.
Bu maddələr sümük və diş sağlamlığını, əzələ və ürək funksiyalarını dəstəkləyir, immun sistemi gücləndirir.
Ekspertlər qeyd edirlər ki, qatıq həmçinin probiyotiklər və zülal mənbəyi olduğundan gündəlik qida rasionuna daxil edilməsi tövsiyə olunur.






