Piroqov Universitetinin İnsan Biologiyası və Patologiyası İnstitutunun patofiziologiya və klinik patofiziologiya kafedrasının baş müəllimi, qastroenteroloq, dietoloq Yekaterina Titova qəhvə çeşidinin içkinin turşuluğuna təsirindən danışıb.

"Arabika adətən robustadan daha turşudur və tərkibində qocalma əleyhinə təsir göstərən daha çox meyvə turşusu var" - deyə ekspert aif.ru saytına müsahibəsində qeyd edib.

Foodinfo.az xəbər verir ki, ekspertin sözlərinə görə, qəhvənin qovrulma dərəcəsi içkinin turşuluğuna da təsir edir.

Qastroenteroloq mədə yanması və yüksək turşuluğu olan insanlara turşuluğu az olan daha çox qovrulmuş qəhvə içməyi tövsiyə edib.

Mütəxəssis əlavə edib ki, yüngül və orta qovurma zamanı qəhvə bir sıra turşuları saxlayır.