Hazırda qida təhlükəsizliyi sahəsində dövlət proqramı üzərində işlənilir. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
“Dövlət proqramı 7 illik olacaq. Bu, yeddi il ərzində Azərbaycan ərazisində qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya sahəsində dövlət nəzarətinin həyata keçirilməsinin mərhələlərlə tətbiqi haqqında olan dövlət proqramıdır”, - deyə Q.Təhməzli qeyd edib.