Kabak şorbası yüngül və doyumlu alternativ axtaranların sevimlisidir. Xüsusilə soyuq qış günlərində içimizi isidən əla bir seçimdir. Bunun üçün bu sağlam və dadlı resepti mütləq sınamalısınız.
Foodinfo.az kabak şorbası reseptini təqdim edir.
Lazım olan ərzaqlar:
2 orta ölçülü kabak
1 xörək qaşığı kərə yağı
2 xörək qaşığı un
1 xörək qaşığı zeytun yağı
4 stəkan qaynar su
3 stəkan süd
3-4 saplaq şüyüd
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı quru nanə
Üzəri üçün:
1 xörək qaşığı pul bibər
1 xörək qaşığı kərə yağı
Hazırlanması:
Qazana kərə və zeytun yağı əlavə etdikdən sonra unu töküb çəhrayı rəng alana qədər qovurun. Südü yavaş-yavaş qovrulmuş una əlavə edib sürətlə qarışdırın və heç bir topaq əmələ gəlməməsinə diqqət yetirin. Suyunu əlavə etdikdən sonra qaynayana qədər qarışdırın. Qaynamağa başlayanda doğranmış kabakları əlavə edin və kabaklar yumşalana qədər bişirin. Balqabaq yumşaldıqda şorbanızı ocaqdan götürün və ədviyyatları, şüyüdü töküb blenderinin köməyi ilə qarışdırın.
Süfrəyə verərkən kərə yağında qızardılmış pul bibəri üzərində gəzdirin.