
Son illərdə “qlütensiz” qidalar populyarlaşsa da, bu ehtiyac hər kəs üçün keçərli deyil. Foodinfo.az bildirir ki, qlüten yalnız çölyak xəstələrində və qlütenə həssaslığı olanlarda ciddi narahatlıqlara səbəb olur.
Buğda, arpa və çovdar əsas qlüten mənbələridir. Qlütenə qarşı həssaslıq olan şəxslərdə qarın ağrısı, köp və ishal kimi simptomlar yaranır. Amma sağlam insanlar üçün qlütenin çıxarılması heç bir tibbi əsas daşımır. Əksinə, qlütenli taxıllar lif və B vitaminləri baxımından zəngindir. Bu elementlərin çatışmazlığı bəzi problemlərə səbəb ola bilər.
Qlütenə həssaslıq diaqnozu yalnız tibbi testlərlə təsdiqlənə bilər. Özbaşına qlüteni rasiondan çıxarmaq balanssız qidalanmaya yol aça bilər.
Qlütenli məhsulları çıxaran şəxslər bu boşluğu düzgün əvəzləməlidir. Bu məsələdə dəbdən çox tibbi yanaşma önəmlidir. Qidalanmada fərdi yanaşma hər zaman əsas prinsip olmalıdır.