Bazarda satışda olan bəzi zeytun yağları keyfiyyətsiz və saxta olur. Foodinfo.az  bildirir ki, bu yağların tərkibində zeytun yağına oxşar digər bitki yağları qarışdırılır. Belə saxta yağlar bədəndə xolesterin balansını poza, qaraciyər və bağırsaqlara zərər verə bilər. Xüsusilə “extra virgin” adı ilə satılan bəzi yağlar keyfiyyətsiz çıxır. 

Saxta zeytun yağlarının dadı, qoxusu və rəngi fərqli olur. Alıcılar bu yağların orijinallığını xüsusi analiz olmadan təyin edə bilmirlər. Buna görə də tanınmış, sertifikatlı brendlərə üstünlük verilməlidir. 

Zeytun yağının tərkibindəki polifenollar ürək-damar sistemi üçün faydalıdır, amma bu yalnız saf yağlara aiddir. Saxta yağlar bəzən hətta qida zəhərlənməsinə səbəb ola bilər. Uşaqlarda bu yağlar həzm pozğunluqları yarada bilər. 

Qidalanma sahəsində saxtakarlıq uzunmüddətli fəsadlara səbəb ola bilər. İstehlakçılar etiketləri diqqətlə oxumalı və şübhəli məhsullardan uzaq durmalıdır.