Yeni araşdırmaya görə, rusların 49%-i çayı ən sevimli içki adlandırıb.
Foodinfo.az xəbər verir ki, bu barədə kp.ru saytı məlumat yayıb. Sorğu “VKontakte” və “Odnoklassniki” sosial şəbəkələrində, həmçinin “Telegram” və “Viber” messencerlərində aparılıb. 12,2 min istifadəçi onun iştirakçısı olub.
Digər 28% isə qəhvəyə üstünlük verdiyini bildirib.
Respondentlərin qalan 23%-i “digər” variantını seçib. Onların sevimli içkiləri kakao, meyvə şirəsi və s. olub.