
Yay aylarında ən sevilən meyvələrdən olan şaftalı bəzən sağlamlıq baxımından gözlənilməz təsirlər yarada bilər.
Foodinfo.az bildirir ki, allergiyaya meyilli şəxslərdə şaftalı dəri səpkisi, qaşınma və hətta tənəffüs problemlərinə səbəb ola bilər.
Tərkibində təbii şəkər yüksək olduğuna görə şəkər xəstələrinin miqdarına diqqət etməsi vacibdir. Çox yetişmiş və yumşalmış şaftalılar tez xarab olur və bakteriyaların çoxalması üçün uyğun zəmin yaradır.
Yuyulmadan yeyilməsi pestisid qalıqlarının orqanizmə daxil olmasına səbəb ola bilər. Soyuducuda saxlanmayan şaftalılar tez zəhərlənmə riski daşıyır. Çəkirəyinə yaxın hissələrdə bəzən acı dad ola bilər, bu isə təbii toksinlərə işarədir.
Həddindən artıq istehlakı mədədə qaz və narahatlıq yarada bilər. Ən sağlam istifadəsi gündüz saatlarında və tox qarına az miqdarda qəbul edilməsidir. Təbii yetişmiş və yerli istehsal olan meyvələr idxal şaftalılardan daha faydalı sayılır.
Doğru seçildikdə və gigiyenik saxlanıldıqda şaftalı yay menyusunun sağlam parçası ola bilər.