Kanadada hər beş uşaqdan biri həftənin hər hansı bir günündə məktəbə ac getmək riski altındadır.
Foodinfo.az xəbər verir ki, bu barədə Kanada Hökumətinin Milli Məktəb Ərzaq Siyasəti haqqında müvafiq hesabatında bildirilib.
Qeyd olunur ki, bu hesabat hökumətə milli məktəb qida siyasətini inkişaf etdirməyə kömək edəcək.
Hökumət hər bir uşağın həyatına ən yaxşı formada başlamağı prioritet sayırr. Bu səbəbdən məktəblərlə bağlı yeni qida siyasətini hazırlayır. Hökumət bildirib ki, məktəblərlə bağlı qida proqramları ərzaq təhlükəsizliyinə, uşaqların faydalı qidaya çıxışını yaxşılaşdırmağa, akademik nəticələrini və nailiyyətlərini yaxşılaşdırmağa, habelə ailələrin qida xərclərini azaltmağa kömək edə bilər.