Bəzi məhsulların sağlamlığımız üçün nə qədər faydalı olduğu hər kəsə bəllidir. Foodinfo.az Türkiyə KİV-ə istinadən orqanizm üçün zərərli olan məhsulları sadalayır. 
Protein tərkibli içkilər sözügedən məhsullar sırasındadır.

Tərkibində süni dadlandırıcı, rəngləndiricilər olduğu üçün bu məhsullar orqanizmə zərər vura bilər. 


Enerji içkilərin tərkibində şəkər, kofein və süni rəngləndiricilər də insan sağlamlığını təhdid edir. 


Bir sıra az yağlı məhsullar – tərkibində yağ az olan məhsullar hər birimiz tərəfindən sağlam qida kimi qəbul edilə bilər. Bəzən isə yağın azlığını tənzimləmək üçün bu cür məhsullara şəkər əlavə edilir ki, bu da sağlamlığa zərər vurur.

Leyla