Təbii antioksidant olan sarıkök gündəlik rasiona əlavə edildikdə bir çox faydalı təsirlərlə orqanizmi dəstəkləyir. Foodinfo.az bildirir ki, tərkibindəki kurkumin maddəsi iltihab əleyhinə xüsusiyyətə malikdir və immun sisteminin aktivliyini artırır. 

Sarıkök orqanizmdə hüceyrələrin yenilənməsinə kömək edir və qaraciyərin fəaliyyətini dəstəkləyir. Gün ərzində bir çimdik sarıkökü isti suya və ya südə qataraq içmək təbii müdafiə sistemini gücləndirir. 

Eyni zamanda soyuqdəymə əleyhinə təsiri olan bu ədviyyat boğaz ağrısını azaldır və nəfəs yollarını açır. Salatlara, şorbalara və tərəvəz yeməklərinə əlavə edildikdə həm dadı artır, həm də bioloji aktivliyi yüksəlir. 

Təbii limon və bal ilə qarışdırıldıqda orqanizmdə detoks təsiri yaradır. Sarıkökün tərkibi dərinin parlaq görünməsini təmin edən maddələrlə zəngindir. Aşağı miqdarda, amma mütəmadi istifadəsi daha çox fayda verir. Bu ədviyyatla zənginləşdirilmiş yeməklər gündəlik qidalanmanı sağlam istiqamətə yönəldir.