Tut doşabı təbii şəkildə hazırlanan və yüksək qida dəyərinə malik olan qidalar arasında yer alır. Xüsusilə enerji mənbəyi kimi tanınır və qış aylarında immun sistemini gücləndirmək üçün geniş istifadə olunur. Foodinfo.az xəbər verir ki, tərkibində təbii şəkərlər, dəmir, kalsium, kalium və C vitamini kimi mühüm qida maddələri var.
O, qan azlığı, xüsusilə dəmir çatışmazlığı səbəbindən yaranan anemiya üçün faydalıdır. Dəmir tərkibi sayəsində qanın keyfiyyətini artıraraq yorğunluq və halsızlıq hissini azaldır.
Eyni zamanda, antioksidant təsiri ilə bədəni sərbəst radikallardan qoruyur və immuniteti gücləndirir.
Həzm sisteminə də müsbət təsir göstərən tut doşabı bağırsaqların fəaliyyətini tənzimləyir və qəbizliyin qarşısını alır.
Tərkibindəki təbii şəkərlər isə bədənə enerji verərək gün ərzində yorğunluq hissini azaldır. Bundan əlavə, soyuqdəymə, öskürək və boğaz ağrısına qarşı da dəstəkləyici təsir göstərir.
Lakin tut doşabı yüksək kalorilidir və şəkər tərkibi yüksək olduğundan həddindən artıq istehlak edilməməlidir. Diabet xəstələri xüsusi diqqətlə və həkim məsləhəti ilə istifadə etməlidir.