Düzgün və balanslı səhər yeməyi gün ərzində həm fiziki, həm də psixoloji vəziyyətə müsbət təsir göstərir.

Foodinfo.az xəbər verir ki, mütəxəssislər qeyd edir ki, səhər acqarına qəbul edilən kompleks karbohidratlar və zülallar serotonin hormonunun səviyyəsini artırır. Bu isə əhval-ruhiyyənin yüksəlməsinə və stressin azalmasına səbəb olur.

Yumurtalı, yulaflı və meyvəli səhər menyusu beyin fəaliyyətini dəstəkləyir. Eyni zamanda qan şəkərinin sabit qalmasına kömək edir və qəfil aclıq hissinin qarşısını alır. Səhər yeməyi orqanizmin enerji balansını tənzimləyərək günə daha gümrah başlamağa şərait yaradır.

Araşdırmalar göstərir ki, müntəzəm səhər yeməyi yeyən insanlar daha məhsuldar və diqqətli olur. Uşaqlarda isə yaddaş və öyrənmə qabiliyyəti artır. Mütəxəssislər səhər yeməyinin günün ən vacib qidası olduğunu israrla vurğulayırlar. Qatıq, yumurta, pendir və meyvə birlikdə qəbulu bədəni gücləndirir. Səhərə sağlam addım atmaq üçün bu vərdişi formalaşdırmaq tövsiyə olunur.