Şəkər və şirin qidaların artıq çəkiyə, sinir, hormonal və qan dövranı sistemlərinin fəaliyyətinə mənfi təsir göstərdiyi çoxdan məlumdur.
Foodinfo.az xəbər verir ki, amerikalı alimlərin araşdırmasına görə, qida rasionunda çoxlu şəkər və şirniyyatlar yaddaş itkisinə və məntiqi düşünmə, problemləri həll etmə və böyük miqdarda məlumatı mənimsəmə qabiliyyətinin azalmasına səbəb ola bilər.
Bununla belə, elm adamları şirniyyata aludə olan insanların hətta adi məsuliyyətlərinin və intellektual stresslərinin öhdəsindən gələ bildiklərinə şübhə edirlər.
Üstəlik, şəkərdən asılılığın uşaqlara - məktəblilərə və 18 yaşdan kiçik yeniyetmələrə xüsusilə ağır təsir etdiyinə dair sübutlar var. Ola bilsin ki, uşaqlarda psixiatriya ilə əlaqəli ciddi xəstəliklərin inkişafına məhz şəkər təsir edir. Qidalanma mütəxəssisləri çaya və ya digər içkilərə əlavə olunan şəkərin dozasını tədricən azaltmağı tövsiyə edir.
Məhsulu bal, şərbət, quru meyvə və ya mürəbbə ilə əvəz edə bilərsiniz.
Nurlan