Bu möcüzəli yağ qandan sidik turşularını çıxarır, gərginliyi aradan qaldırır, bakteriyalarla mübarizə aparır, siqaret və spritli içkilərin təsirini azaldır!
Əsrlər boyu qara istiot yeməklərdə istifadə edilərək onlara zərif dad və ətir verib. Lakin zaman keçdikcə bu ədviyyatdan təkcə yemək hazırlanması üçün deyil, həm də bir çox xəstəliklərin müalicəsində tətbiq edilməyə başlanıb.
Qara istiotdan sağlamlıq üçün olduqca faydalı efir yağı almaq mümkündür. Bu yağı siz evdə hazırlaya bilərsiniz.
Qara istiot yağı aşağıdakı üstünlüklərə malikdir:
Qara istiot antiseptik, sidikqovucu, antioksidant, antibakterial, antispazmodik, antiinflamatuar, antiseptik, laksatif, bəlğəmgətirici, hərarəti aşağı salan və başqa xüsusiyyətlərə malik olan vasitədir.
Nəfəsi yaxşılaşdırır: Bu gözəl ədviyyat tənəffüs orqanlarının işini yaxşılaşdırır, burun tutulması və qaymorit zamanı kömək edir. O, həmçinin ağciyərləri burun seliyi və bəlğəmdən təmizləyir.
Bakteriyaları məhv edir: İstiot yağı həşərat sancmaları nəticəsində yaranan iltihabları sağaldan antibakterial xüsusiyyətlərə malikdir. Arteriyaların genişlənməsi riskini azaldır və onların zəhərlərini təmizləyir.
Arıqladır: Artıq piylərin yandırılma prosesini sürətləndirir və asan arıqlamağa kömək edir.
Dəri sağlamlığını yaxşılaşdırır: Əgər siz vitiliqodan (dəri xəstəlikləri) əziyyət çəkirsinizsə, onda bu ədviyyatın köməyilə xəstəliyi müalicə etmək, hətta onun yaranmasının qarşısını almaq olar.
Nevroloji sağlamlığı yaxşılaşdırır: Qara istiotda olan pipern adlı birləşmə beyni qoruyur və yaddaşı gücləndirir.
Mədə problemlərini müalicə edir: Qara istiot bağırsaqlara düşəndə hidroklor turşusunun istehsalını stimullaşdırır, sancı, qəbizlik və ishal kimi xəstəlikləri müalicə edir.
Qara istiot yağı üçün inqrediyentlər:
1 fincan zeytun yağı
¼ stəkan qara istiot
Hazırlanma qaydası və tətbiqi:
Qazanda zəif odda zeytun yağını qızdırın. Yağ isti olan kimi üzərinə istiot dənələrini əlavə edin və onları həvəngdəstə köməyi ilə əzin. Beləliklə, onlar tərkibindəki faydalı yağları buraxacaqlar.
Qarışığı 5 dəqiqə qarışdırıb, sonra soyumağa qoyun. Sonda qarışığı süzgəcdən keçirin və yağı sterilizasiya edilən şüşə bankaya tökün.
Onu yeməklərə əlavə edə, eləcə də zədələnmiş dərinin üzərinə çəkə bilərsiniz. Yağı soyuducuda saxlayın. Yararlılıq müddəti - 2 həftədir. (Publika.az)