Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır. Foodinfo.az axşam.az-a istinadən bildirir ki, bəziləri gün ərzində şirniyyat yemədən dayana bilmirlər. Bu bəzən xəstəlik də ola bilir. Bunun üçün şirniyyat həvəsinin nədən yarandığını öyrənmək üçün əvvəlcə həkimə müraciət etməyiniz məsləhətdir. Əks halda şirniyyat yemək istədikcə, onu başqa kalorisi az olan qidalarla əvəzləməyə çalışın. Qida rasionunuza qara düyü, bulqur, kəpəkli makaronlar, yulaf və quru meyvələr daxil edin. Bunlar sizi tox saxlayacaq. Əgər ürəyiniz çox şirniyyat istəyərsə, yağ faizi aşağı olan yoqurt yeyin. Şokolad arzunuzu isə acı şokoladla əvəzləyə bilərsiniz.
Son xəbərlər
- Mütəxəssislər insanları bu sıyığı daha tez-tez yeməyə çağırır
- Diabetdən qorunmağa kömək edəcək qidalar
- Bu qida qan şəkərini normal saxlamağa kömək edəcək
- AQTA sədri çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
- Qidalanmada bu səhvlər əzələ böyüməsini yavaşlada bilər
- Bu məhsul müntəzəm olaraq yeyilməlidir – SƏBƏB