Qış ayları sonsuz qrip infeksiyaları ilə tanınır. Ancaq bu qidaları yesəniz immunitet sisteminizi gücləndirə və qrip infeksiyalarını bıçaq kimi kəsə bilərsiniz.
Foodinfo.az immunitet sistemi üçün ən yaxşı olan qidaları təqdim edir:
Zəncəfil
Zəncəfil qripə səbəb olan viruslarla mübarizə aparmağa kömək edən antiinflamatuar xüsusiyyətlərə malikdir. Zəncəfil mədə-bağırsaq sistemini də rahatlaşdırır və qripdə tez-tez görülən qusma və ürəkbulanma kimi simptomları aradan qaldırmaqda təsirli olur.
Qara qarağat
Vitamin C immunitet sistemi üçün çox faydalıdır və qara qarağat portağaldan daha çox C vitamini ehtiva edir. Bu meşə meyvəsi antioksidantlarla zəngin olduğu üçün boğaz ağrısına da yaxşı təsir edir.
Noxud
Noxud sink mənbəyidir. Sink orqanizmin öz-özünə istehsal edə bilmədiyi vacib mineraldır və infeksiyalarla mübarizədə böyük rol oynayır. Bu mineral, qrip olduğunuz zaman immunitetinizi dəstəkləyir.
Sarımsaq
Araşdırmalar göstərir ki, xəstə olanda sarımsaq istehlakı soyuqdəymə və qrip əlamətlərinin şiddətini azaldır və xəstəliyin müddətini qısaldır.
Kələm
Kələm ən sağlam tərəvəzlərdən biridir və qripin qarşısının alınmasında da böyük rol oynayır. Kələmin tərkibində olan birləşmələr immuniteti gücləndirir.