Şokoladın orta yaşlı qadınların xoşbəxtliyinə təsiri sübut olunub.

Bu, Tokio Universitetində bir qrup alim tərəfindən araşdırılıb.

Araşdırmaya əsasən, səkkiz həftə ərzində hər gün şokolad yemək depressiya və narahatlıqdan yaranan mənfi duyğuları azaldır. Tədqiqatçıların fikrincə, kakao paxlasının tərkibindəki antioksidantların miqdarı hormonları və beyin siqnallarını pozan hüceyrə zədələnməsinin qarşısını alır. Bu antioksidanlar əsasən şokolad istehsalında istifadə edilən kakaonun müəyyən versiyalarında olur.

Tədqiqatda 40-60 yaş arası altmış sağlam qadına şokolad dadı olan, lakin tərkibində kakao olmayan içki verilib. İki ay ərzində bunu içən insanların əhval-ruhiyyəsinin daha yaxşı olduğu müşahidə edilib. Həmin iştirakçılar özlərini daha mehriban və yaxşı hiss etdiklərini bildiriblər.

Araşdırma göstərir ki, şokoladlı kakao içkisi orta yaşlı qadınların əhvalını yaxşılaşdıra biləcək faydalı qida ola bilər (AZƏRTAC).