Məşhur rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov şorba içməyin mədə xorasından qoruya biləcəyi haqda yayılmış mifi təkzib edib.

Foodinfo.az xəbər verir ki, bir müddət əvvəl veriliş zamanı tamaşaçı bu barədə soruşub.

Mütəxəssis izah edbi ki, mədə xorası Heliobacter pylori tərəfindən törədilən infeksion xəstəlikdir. Buna görə şorba istehlakı onun inkişaf ehtimalına təsir göstərmir.

Həkim şorbanı sağlam yemək adlandırıb. Çünki o, həzm sistemini daha ağır yeməklərin qəbuluna hazırlamağa kömək edir. Lakin onun sözlərinə görə, Yaponiyada olduğu kimi, yeməkdən əvvəl ilıq su içməklə də oxşar effekt əldə etmək olar.

Leyla