Qozu süddə saxlamaq həm qozun qida dəyərini artırır, həm də orqanizmə daha asan sorulmasını təmin edir. Foodinfo.az xəbər verir ki, bu üsul qozun faydalı maddələrini aktivləşdirərək bədən üçün daha əlçatan edir və sağlamlıq üçün müsbət təsirlərini gücləndirir.
Süddə saxlanılan qozun tərkibindəki omega-3 yağ turşuları, E vitamini və antioksidantlar daha yaxşı qorunur. Bu maddələr ürək-damar sağlamlığını dəstəkləyir, beyin funksiyalarını yaxşılaşdırır və hüceyrələrin zərərli sərbəst radikallardan qorunmasını təmin edir.
Qozun südlə birgə istifadəsi onun zülal və kalsium kimi maddələrlə zənginləşməsinə şərait yaradır ki, bu da sümüklərin möhkəmliyini artırır.
Süddə isladılan qoz daha yumşaq olur və həzmi asanlaşır. Bu, həzm sistemi problemi yaşayan insanlar üçün xüsusilə faydalıdır. Həmçinin, belə hazırlanmış qoz bağırsaq mikroflorasını dəstəkləyir və toxluq hissi yaradır, bu da arıqlamaq istəyənlər üçün yararlıdır.
Bu qarışımı səhərlər istehlak etmək enerji artırır və günə sağlam bir başlanğıc təmin edir. Süddə saxlanılan qoz immunitet sistemini gücləndirmək, yaddaşı yaxşılaşdırmaq və bədəni uzun müddət tox saxlamaq üçün ideal bir qida seçimidir.