Rusiyanın populyar «Жить здорово!» verilişinin qonağı tanınmış kardioloq professor Simon Matskeplişvili bildirib ki, təzyiqi dərmansız salmaq üçün duzun qəbulunu minimuma azaltmaq lazımdır. Duzlu yeməklər və şorabalardan sui-istifadə damarların ödemləşməsi və sərtləşməsinə səbəb olur. Nəticədə arterial təzyiq qalxmağa başlayır. “Duzun məhdudlaşdırılması arterial təzyiqi dərmansız salmağa yardım edir” – həkim qeyd edib. Həmçinin kardioloq bildirib ki, damarların digər əsas düşməni alkoqoldur. Spirtli içkilərin qəbulunun minimuma azaldılması və ya onlardan imtina təzyiqi dərmansız aşağı salmağa kömək edir. Bundan əlavə həkimin sözlərinə görə, təzyiqə daha yaxşı nəzarət etmək üçün kaliumla zəngin olan qidaların (pomidor və pomidor şirəsi, ərik qurusu, cəfəri, ispanaq, kahı, brokkoli, kartof, banan və s.) istehlakını artırmaq laızmıdr. Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, həkimin sözlərinə görə, adi piyada gəzintilər də təzyiqi salmağa kömək edə bilir. Ümumiyyətlə piyada gəzintilər ürək üçün ən yaxşı fizki aktivlik növüdür. Hər gün ən azı 30 dəqiqə piyada gəzmək lazımdır.