Hər nə qədər şaftalı faydalı və vitaminlərlə zəngin meyvə olsa da, bəzi hallarda yan təsirləri və əks göstərişləri ola bilər. Xüsusilə çox miqdarda və ya müəyyən xəstəliklər zamanı diqqətli olmaq lazımdır.

Foodinfo.az şaftalının mümkün yan təsirlərini təqdim edir:

1. Allergik reaksiyalar

 Bəzi insanlarda şaftalıya qarşı allergiya olur (xüsusən də qabığına). Dodaqlarda, boğazda qıcıqlanma, qaşınma, səpmə, göz yaşarması olur.

Polen qida sindromu olan insanlarda şaftalı, alma, gilas kimi meyvələr allergiyaya səbəb ola bilər.

2. Həzm problemləri

Həddindən artıq yeyildikdə qaz, köp və ishal kimi şikayətlər yaradır. Şaftalı liflə zəngin olsa da, çox qəbul edildikdə bağırsaqları yora bilər.

3. Qanda şəkərin qalxması

Şaftalıda təbii şəkər var. Şəkər xəstələri bu meyvəni çox miqdarda yeməməlidir. Glisemik indeksi çox yüksək olmasa da, meyvənin miqdarı vacibdir.

4. Pestisid qalığı riski

Şaftalı dərisi incə olduğundan pestisid qalıqları meyvənin içinə daha tez keçə bilər. Ona görə təmiz yuyulmalı və mümkün qədər üzvi (organik) olanı seçilməlidir.

Bəs, kimlər şaftalını diqqətlə yeməlidir?

– Alergiyası olanlar

– Şəkər xəstələri

– Həzm sistemi zəif olanlar (xüsusilə uşaqlar və yaşlılar)

– Böyrək və safra daşı olanlar

– İmmuniteti zəif olan şəxslər (çiy, yuyulmamış meyvədən çəkinmək üçün)